Ölkə

Azərbaycanda toya gedən ailə dəhşətli qəzaya düşdü - 3 nəfər öldü - VİDEO

9 Yanvar 2023 11:03
Baxış: 1 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Mingəçevir-Bəhramtəpə yolunun rayonun Xocavənd qəsəbəsi ərazisindən keçən 98-ci kilometrliyində "VAZ 2107" markalı avtomobil "Mercedes Atego" markalı yük maşınına çırpılıb.

Nəticədə "VAZ"da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmmdə qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.

Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisəyə "VAZ 2107"nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub. Dəhşətli qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirmiş.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.