Ölkə

Şəkidə 42 yaşlı kişi özünü tüfənglə vuraraq öldürüb

7 Yanvar 2023 18:46
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün günorta saatlarında Şəki rayonunun Oxud kəndi ərazisində 1981-ci il təvəllüdlü kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, ilkin araşdırmanın nəticələrinə əsasən, Cumay Salamov qardaşının idarə etdiyi "UAZ" markalı avtomobildə sərnişin qismində olarkən üzərindəki ov tüfəngi ilə ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən vəfat edib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.