Ölkə

Bakıda kafe və restoranlarda qiymətlər artıb - VİDEO

4 Yanvar 2023 00:31
Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir. Artım xüsusilə bayram günləri daha çox hiss edilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb.

Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur.

Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını deyir. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.

Bildirilir ki, restoranda müştərilərə verilən mevə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.

Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.

Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa,  yeməklərin bahalaşması davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.