Ölkə

Ağdaşda maşınlar toqquşdu, 3 nəfər yaralandı

24 Dekabr 2022 10:39
Baxış: 986
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağdaşda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, hadisə rayonun Yuxarı Ləki kəndində qeydə alınıb.

Rayon sakini Teymur Hacıyevin idarə etdiyi "VAZ-21011" və Musa Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, eləcə də iki sərnişini - 2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.