Ölkə

Tovuzda maşın bazara girdi - Ölən və yaralananlar var

16 Dekabr 2022 10:11
Baxış: 1 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda ağır yol qəzası baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən mal-qara bazarında qeydə alınıb. Rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımahmudovun idarə etdiyi "Volqa" markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub.

Bu zaman avtomobil bazar ərazisində olan piyadalar: Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz RPŞ-də cinayət işi açılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.