Soyuq HAVA nə vaxtadək davam edəcək? - Sibir antisiklonu gəlib...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabr ayının ilk ongünlüyündən ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslər müşahidə edilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Milli.Az-a bildirib ki, ölkədə tutqun-buludlu, soyuq hava şəraiti üstünlük təşkil edir. Keçən ilin müvafiq dövründə havanın temperaturu xeyli yüksək olub, cəmi 2 gün yağış qeydə alınıb.
"Bu il Mərkəzi Rusiyanı əhatə edən çox soyuq Sibir antisiklonunun cənub-şərqə hərəkəti ölkəmizdə də hava şəraitinə öz təsirini göstərib, temperaturun iqlim norması ilə müqayisədə 4.7 dərəcəyədək enməsinə səbəb olub. Atmosfer təzyiqi 777 mm civə sütunu olub ki, bu da normadan xeyli yüksəkdir".
Xidmət rəisi qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti, Şahdağda isə 17 dərəcəyədək şaxta olub. Müqayisə üçün qeyd edək ki, son illərin müşahidə məlumatlarına əsasən, Bakıda və Abşeron yarımadasında dekabr ayı ərzində havanın minimal temperaturu 2016-cı ildə 4.2 dərəcə şaxta olub.
"Dekabr ayının ötən 8 günü ərzində artıq bəzi rayonlarda yağıntının miqdarı hətta aylıq normanı aşıb, Tovuzda 146 faiz, Beyləqanda 108 faiz, Lerikdə 100 faiz təşkil edib. Bakıda və Abşeron yarımadasında 16 mm yağıntı düşüb, bu da yarımaylıq normaya yaxındır. Düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında 83 faizədək, Daşkəsən-Gədəbəydə 90 faiz, Balakən-Şəki zonasında 65 faizədək, Quba-Xaçmazda 70 faizədək, Mərkəzi Aran rayonlarında 66-90 faiz, Lənkəran-Astara zonasında aylıq normanın 73 faizinədək olub".
U.Tağıyevanın sözlərinə görə, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, dayanıqlı qar örtüyü əmələ gəlib. Qar örtüyünün maksimal hündürlüyü dekabrın 7-də Daşkəsəndə 13 sm, Şuşada 15 sm, Altıağacda 11 sm, Laçın, Xocavənd, Kəlbəcər və Göygöldə 10 sm, Şəkidə 8 sm, Qaxda 6 sm, Lerikdə 5 sm, Gədəbəy, Qubada 3 sm, Ağdərə (Ordubad), Şamaxı, Şahdağ, Qrız, Xaltanda 2 sm, Qusar, Yardımlı, İsmayıllı, Qobustanda 1 sm olub.
"Həftənin sonunadək paytaxtda tutqun, arabir yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Ölkənin əsasən şərq rayonları hazırda Qazaxıstanın soyuq antisiklonunun təsiri altında olacaq, buna görə də hava şəraiti tutqun, fasilələrlə yağıntılı keçəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
XƏBƏR LENTİ
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq





