Azərbaycanda bəzi sahibkarlar "Qara cümə" bazarından sui-istifadə edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da "Black Friday" (qara cümə) endirim kampaniyası keçiriləcək. Həmin gün bir çox markalar mallarına 50%-dən çox endirim edərək, müştərilərini sevindirir. İldə bir dəfə keçirilən bu endirim festivalını yüzlərlə insan böyük həvəslə gözləyir. Son dönəmlər Azərbaycanda da "Qara cümə"yə maraq artıb.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, "Qara cümə"nin əsas hədəfləri əlavə müştərilər cəlb etmək, satış mərkəzlərində dövriyyənin artırılması, həmçinin tanıtımdır.
"Hazırda dünyanın bir çox ölkələri "Qara cümə" keçirir. Ölkəmizdə də bu kampaniya bir neçə ildir tətbiq olunmağa başlayıb. Bu, ümumilikdə müsbət haldır. Nəticədə endirim kampaniyasında satışlar bir neçə dəfə artır, sahibkarlar əlavə gəlir qazanır. İstehlakçılar da məhsulları endirimlə əldə edir. Amma bəzi işbazlar bundan sui-istifadə edirlər. Belə ki, bəzən satış öncəsi qiymətləri artıraraq kampaniya günü süni endirim qiymətləri ilə məhsullarını satır, bununla da istehlakçıların hüquqlarını pozmuş olurlar.
Belə hallara nəzarət əsasən ictimaiyyət nümayəndələrinə, QHT-lərə, KİV-lərə həvalə edilməli, öncədən monitorinqlər aparılmalıdır. Bundan başqa bu istiqamətdə İqtisadiyyat Nazirliyinin nəzdində İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərir. Ancaq belə hallar kütləvi olduğundan dövlət qurumlarının məsələyə daha ciddi nəzarət etməsi məhduddur", - deyə ekspert qeyd edib.
Qeyd edək ki, "Qara cümə" anlayışı 1932-ci ildə ABŞ-də yaranıb və bir neçə il sonra bütün dünyada məşhurlaşıb. ABŞ-də hər il noyabr ayının dördüncü cümə günü milad alış-verişi mövsümünün başlanğıcı kimi qəbul olunur. Bu günü önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tətbiq edilməsidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
XƏBƏR LENTİ
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)





