Apteklərdə “Nurofen” niyə tapılmır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda apteklərdə "Nurofen" dərmanlarının çatışmazlığı yaşanır. Valideynlər əsasən azyaşlılar üçün istifadə olunan bu dərmanı tapmaqda çətinlik çəkdiklərini deyirlər.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, daha çox bu mövsümdə artan soyuqdəymə hallarında lazım olan "Nurofen" uzun müddətdir ki, apteklərdə tapılmır.
Məsələ ilə bağlı Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Apteklərdən verilən məlumatda da bu preparatın artıq satış üçün gətirilmədiyi təsdiqləndi. Nə vaxt gətiriləcəyi ilə bağlı da bir məlumatın olmadığı bildirildi.
Apteklərdə "Nurofen" dərmanlarının çatışmazlığı məsələsinə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq.
AEM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirdi ki, ölkəyə "Nurofen" dərmanı bir neçə çeşiddə idxal olunur: ""Nurofen" sirop: oktyabr ayı ərzində iki dəfə - 17 oktyabrda və 24 oktyabrda idxal üçün müraciət edilib. Birinci tarixdə 7320, ikincidə isə 7380 qutu siropun ölkəyə idxalına icazə verilib.
"Nurofen" express 200 mq, kapsul: 23 sentyabrda idxal üçün müraciət olunub və 1008 qutu dərmanın ölkəyə idxalına icazə verilib. 24 oktyabrda son müraciət olunub və 720 qutu dərmanın ölkəyə idxalına icazə verilib.
"Nurofen" 200 mq, tablet: 21 iyulda idxal üçün müraciət olunub və 21 888 qutu dərmanın ölkəyə idxalına icazə verilib. 10 oktyabrda idxal üçün müraciət edilib və 2304 qutu dərmanın ölkəyə idxalına icazə verilib".
Qurumdan bildirilib ki, AEM-in funskiyasına yalnız ölkəyə idxal olunan dərman vasitələrinin laborator analizi və sənədlərinin uyğunluğunu yoxlamaq daxildir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
2026-cı ildə bu məşhurların qapısında TOY ÇALINDI - FOTOlar
-
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu
-
Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - VİDEO
-
“Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik” - MEDİA
-
Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla dost olmayıb
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
XƏBƏR LENTİ
-
İdman zalında şok GÖRÜNTÜ: Buna görə it yeməyi YEYİR - VİDEO
-
Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
-
Alma sirkəsi şəkər xəstələrini sağaldır?
-
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
-
2026-cı ildə bu məşhurların qapısında TOY ÇALINDI - FOTOlar
-
Öncə qəhvə için, sonra toxunun: Baxın necə təsir edirmiş
-
Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var
-
Günün qoroskopu: Gözlənilməz xərclər, unudulmuş borclar üzə çıxa bilər
-
Zelenski rus dili ilə bağlı qanun imzaladı
-
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu
-
"Sabah"-ın yeni transferi
-
İdman ayaqqabılarının arxasındakı halqa bunun üçün imiş
-
Perez yeni transfer üçün 70 milyon ödəməyə hazırdır
-
“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
-
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
-
Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - VİDEO
-
Kanada Bosniya və Herseqovinaya qarşı - Start heyətlər
-
Razı salınması ən çətin olan 5 bürc
-
“Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik” - MEDİA
-
Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla dost olmayıb
-
Azərbaycan–Slovakiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Acun Ərdoğana hədiyyə verdi - FOTO
-
BDU-nu maksimal nəticə ilə bitirən məzunların adı açıqlandı





