Ölkə

Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO

1 Noyabr 2022 10:14
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xızı və Lənkəran rayonları akvatoriyasında, Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Milli.Az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Emin Alməmmədov, Vaqif Nəbizadə, Sumqayıt şəhər sakini Elnur Nəcəfov, Lənkəran rayon sakinləri Babək Xəlilov, Mehman İbayev, Şahan Rzayev, Şəmkir rayon sakini Rafiq Məmmədov, Astara şəhər sakini Zakir İsayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 1700 metr uzunluğunda sintetik tor götürülüb.

"Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Mingəçevir şəhər sakinləri Yaşar Məmmədov, Səbuhi Aslanov, Cəlilabad rayonu sakinləri Bəhruz Nuruşlu, Elçin Qurbanov, Sabirabad rayon sakinləri Səxavət Məmmədov, Nəbi Quliyev, Seymur Qəniyev, Biləsuvar şəhər sakini Təbriz Gəncəli saxlanılıb".

B.Məhəmmədovun sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.