Ölkə

Qəza içməli su təminatında ciddi problemlərə səbəb olmayıb - “Azərsu”

15 Oktyabr 2022 10:13
Baxış: 1 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir göstərməyəcək.

Bunu Milli.Az-a açıqlamasında "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, hazırda bu xətti üzrə "Azərsu" ASC-nin iki xətti fəaliyyət göstərir: "Digər magistral xətt üzrə dayanıq və fasiləsi su təminatı təmin edilir. Hazırda Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür".

Xatırladaq ki, magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.