Ölkə

Astarada narkotik vasitənin təsiri altında olan sürücülər saxlanılıb

9 Oktyabr 2022 15:31
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara şəhəri ərazisində hərəkətdə olarkən qayda pozuntusuna yol verən "Vaz 21070" markalı avtomobilin sürücüsü, rayon sakini S.Eyvazov və "Vaz 21011" markalı avtomobilin sürücüsü, rayon sakini T.Əfsəlov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, həmin nəqliyyat vasitələri saxlanılan zaman sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və onların müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən S.Eyvazov və T.Əfsəlovun narkotik vasitədən istifadə etdikləri məlum olub.

Həmin şəxslərin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.