Ölkə

Vətəndaşlara XƏBƏRDARLIQ! - Diqqətli olun, məlumatlarınız BU YOLLA oğurlana bilər - VİDEO

18 Sentyabr 2022 17:11
Baxış: 2 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkə ərazisində "Tik-Tok"un istifadəsinə müvəqqəti olaraq məhdudiyyət qoyulsa da vətəndaşlar yenə də bu sosial şəbəkəyə daxil olmağın yollarını tapıblar.

İstifadəçilər "Tik-Tok"a girmək üçün VPN tətbiqlərindən istifadə edirlər. Bu isə kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Sizin VPN-lə daxil olduğunuz resursun bütün məlumatları, həmçinin sizin şəxsi məlumatlarınız kimliyi məlum olmayan 3-cü tərəfin əlinə keçir. Kibertəhlükəsizlik üzr ekspert Rəşad Əliyev vətəndaşları diqqətli olmağa çağırır.

Bütün riskləri nəzərə alaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir.

Ekspertlər hesab edir ki,tətbiq edilən məhdudiyyətlər qısa zaman ərzində aradan qaldırılacaq.

Ətraflı Xəzər TV-də:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.