Ölkə

Ötən il Azərbaycana gələn əcnəbi vətəndaşların sayı açıqlanıb

12 Sentyabr 2022 14:00
Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ildə ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayı ümumilikdə 792 min nəfər təşkil edib.

Milli.Az Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən xəbər verir ki, 2021-ci ildə sərhəd keçid məntəqələrində pandemiya məhdudiyyətlərinin davam etməsi Azərbaycana gələn əcnəbi vətəndaşların sayına əhəmiyyətli dərəcədə təsir göstərməyə davam edib, bu isə öz növbəsində, qonşu ölkələrin gəlmə sayındakı payının artması ilə nəticələnib. Ən çox əcnəbinin gəldiyi ilk 15 ölkə arasında qonşu ölkələrin payı xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycana gələn əcnəbi vətəndaşların sayına görə Rusiya ilk pillədə qərarlaşıb ki (258,3 min), onu müvafiq olaraq Türkiyə (197,9 min), İran (125,3 min) və Gürcüstan (62,6 min) izləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.