Ölkə

Avro zonası tənəzzüllə üzləşə bilər

8 Sentyabr 2022 14:30
Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avro zonasının rekord qaz qiymətləri fonunda tənəzzüllə üzləşə biləcəyi istisna olunmur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu cümə axşamı Avropanın iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni "Der Spiegel" jurnalına müsahibəsində deyib.

"Bunu (avrozonada tənəzzül - red.) heç kim istisna edə bilməz. İnflyasiyanın hazırkı səviyyəsi iqtisadiyyatımızda qeyri-sabitliyə gətirib çıxaracaq, qarşıdan gələn qış tarixin ən pis fəsillərindən biri ola bilər. Biz görünməmiş qeyri-müəyyənliklə üzləşmişik. Amma bütövlükdə Aİ iqtisadiyyatının göstəriciləri əvvəlki kimi müsbətdir, əmək bazarında vəziyyət yaxşıdır", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.