Ölkə

Xəzərə “köpəkbalığı” buraxan şəxs üzr istədi - VİDEO

2 Avqust 2022 13:50
7 Şərh     Baxış: 3 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizinə köpəkbalığına bənzər naqqa panqassius buraxan şəxs Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə dəvət edilib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq idarədən bildirilib.

Bildirilib ki, Elxan Osmanov idarənin Balıq Ehtiyatlarının Mühafizə və Brakonyerliklə Mübarizə Bölməsinə dəvət edilib.

O, vətəndaşlar arasında yaratdığı çaşqınlığa görə üzr istəyib.

Qeyd edək ki, bir neçə gün əvvəl E.Osmanov sosial şəbəkələrdə Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı video çəkib, yayıb.

Təşvişə səbəb olan məlum video insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.