Ölkə

Sözünə baxmayan sevgilisini döyüb şil-küt etdi - Suraxanıda

15 İyul 2022 11:07
0 Şərh     Baxış: 4 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Suraxanı rayonunda sevgilisi tərəfindən şiddət görən qadın polisə müraciət edib.  

Milli.Az Bizim.Media-ya istinadən bildirir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edən Leyla Vəliyeva qeyri-rəsmi münasibətdə yaşadığı 1981-ci il təvəllüdlü Asif Səmədov (adlar şərtidir - red.) tərəfindən şiddətə məruz qaldığını bildirib.  

O bildirib ki, Asif ona şiddət göstərib, spirtli içkilər qəbul edərək onu narahat edib, təhqir edib. Zərərçəkmiş izahatında Asif tərəfindən döyüldüyünü də bildirib.  

Asif isə izahatında göstərib ki, birlikdə yaşadığı Leyla ilə aralarında mübahisə yaranıb və bu səbəbdən onu itələyərək xəsarət yetirib. Asifin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.  

Suraxanı rayon Məhkəməsinin qərarı ilə Asif 20 gün müddətinə inzibati qaydada həbs edilib.  

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.