Ölkə

“Park Bulvar”da insident - Müdir işçisini döydü

9 İyul 2022 10:17
0 Şərh     Baxış: 1 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Park Bulvar" ticarət mərkəzində yerləşən restoranlardan birində işləyən şəxs müdiri tərəfindən döyülməsi barədə polisə müraciət edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət edən 1991-ci il təvəllüdlü K.B müdirinin ona qarşı fiziki zorakılıq etdiyini bildirib. O, qeyd edib ki, işlədiyi restoranın rəhbəri, İran vətəndaşı 1969-cu il təvəllüdlü H.Kazemi xuliqanlıq zəminində onu döyərək xəsarətlər yetirib.

İlkin araşdırmalar zamanı barəsində şikayət edilən iranlı iş adamının 1994-cü ildən Bakıda yaşaması və restoran biznesi ilə məşğul olması müəyyən edilib.

Şikayətlə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.