Ölkə

Azərbaycanda yenidən kütləvi yoluxma ehtimalı var? - İnfeksionistdən AÇIQLAMA

8 İyul 2022 10:52
0 Şərh     Baxış: 1 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda koronavirus infeksiyasına yenidən kütləvi yoluxma ehtimalı hələlik yoxdur".

Milli.Az bildirir ki, bunu "Report"a Səhiyyə Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova bildirib.

Onun sözlərinə görə, dünyada olduğu kimi, Azərbaycanda da son günlərdə koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunur:

"Lakin nəzərə almalıyıq ki, ölkədə COVID-19 əleyhinə vaksinasiyaya prosesi bu gün də davam edir. Eyni zamanda xəstəliyə yoluxanların sayı kifayət qədərdir. Bu da o deməkdir ki, əhalinin kütləvi immuniteti yaranıb. Ona görə yenidən kütləvi yoluxma ehtimalı hələlik yoxdur".

Nazirlik rəsmisi bir daha xatırladıb ki, pandemiya davam etdiyindən ehtiyat tədbirlərini əldən vermək olmaz: "Xəstə insanlar gördükdə, onlarla təmasda olduqda, eləcə də kütləvi tədbirlərdə iştirak etdikdə mütləq şəkildə qoruyucu maskalardan istifadə zəruridir. Həmçinin gigiyenik qaydalara riayət etmək məsləhətdir".

O, həmçinin ölkədə yenidən sərt karantin rejimi qaydalarının tətbiqinə əsas verən artımların olmayacağına ümid edib.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında nisbətən artım müşahidə olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.