Ölkə

Naxçıvanla Türkiyə arasında sərhədin sentyabradək bağlanmasına RƏSMİ CAVAB

1 İyul 2022 17:02
Baxış: 7 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidməti Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədinin bağlanması barədə xəbərlərə münasibət bildirib.

Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, DSX Nazirlər Kabinetinin 20 iyun 2022-ci il 232 nömrəli qərarına uyğun olaraq, müvafiq fəaliyyət göstərir.

Xatırladaq ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında" 20 iyun 2022-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.

Beləliklə, bu müddət ərzində yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxış dayandırılması qüvvədə qalır.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Naxçıvan-Türkiyə quru sərhədinin vətəndaşlar üçün bağlanması ilə bağlı məlumat yayılıb.

Vətəndaşlara sərhəd-keçid məntəqələrində artıq Naxçıvandan quru yolu ilə Türkiyəyə keçməyə icazə verilməyəcəyinin bildirildiyi nəzərə çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.