Ölkə

Çempion rəfiqələri ginekoloqun müəmmalı ölümündən danışdı: "Əri döyüb, məcbur edib ki…"

29 İyun 2022 14:37
3 Şərh     Baxış: 7 085

Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. 

Məşhur ginekoloqun özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atdığı deyilir. Hadisədən sonra yaxınları, dostları mediaya Xalidə Kəngərlinin özünü binadan atmasının ağlabatan lmadığını deyiblər.

Milli.Az xəbər verir ki, bununla bağlı Cebhe.info-ya onun idmançı rəfiqələri danışıblar. Azərbaycanın qadın paracüdoçusu, ötən il Tokio Paralimpiadasında ölkəmizə beşinci qızıl medalı qazandıran Xanım Hüseynova Xalidənin intihar etməsinin mümkün olmadığını bildirib:

"Mümkün deyil ki, Xalidə intihar etsin. Deyirlər ki, ərinin psixoloji problemləri olub. Xeyr, elə deyil. Xalidənin əri Dövlət Gömrük Komitəsində işləyir. Gömrükdə işləyənin psixoloji problemləri ola bilər? Düşünürəm ki, dövlət işində işləyənlərin belə bir problemi olmamalıdır. Xalidə elə yaxşı insan idi ki... Kimi dindirsən, onun gülərüz, mərhəmətli, dünyanı sevən insan olduğunu deyərdi. Həmin gün əməliyyata gedib, əhvalı yaxşı olub. Mən istəmirəm ki, bunun üstü intihar kimi bağlansın". 

Xanım Hüseynova bildirib ki, həyat yoldaşı onu özünü binadan atmağa məcbur edə bilərdi: "Mən özüm əvvələr onun bədənində göy qançırlar görmüşəm, amma üzünə vurmamışam. Xalidə Kəngərlinin illərlə əri tərəfindən qapalı şəraitdə saxlanılması barədə gəzən söz-söhbətlər də doğru deyil. Onun intihar etməsi yalnız 1 faiz ola bilər". 

Xalidə Kəngərlinin digər rəfiqəsi, çempion, cüdoçu Gülsədəf Kərimova da saytımıza açıqlama verib: "Xalidə çox həyatsevər qadın, pozitiv insan idi. Onun bütün dostları yaxşı bilirdi ki, heç vaxt intihar etməz. Bu mümkün deyil. İnsanların qucağına körpə verən insan idi, heç vaxt öz körpələrini qoyub çıxıb getməzdi". 

Gülsədəf Kərimova son zamanlar mərhum ginekoloqun əri tərəfindən fiziki şiddət gördüyünü və depressiyada olduğunu da bildirib:

"Axırıncı dəfə iki gün qabaq onunla danışmışdım. Gülüb-danışmışdıq. Bir müddət əvvəl də klinikaya getmişdim, gördüm ki, Xalidə çox arıqlayıb. Mənə dedi ki, depressiyadayam. Evdə problemlərim var. Yoldaşı onu çox incidirdi, döyürdü, ona əl qadırırdı. Evdə hər şeyi Xalidə edirdi". 

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Sewa · 29 İyun 15:0690

    Allah rehmet etsin, yatdığı yer nur ile dolsun. Inandırıcı deyil, işi- gücü, övladları olan qadın intihar etsin. Yaxşı araşdırılsın, qadın övladının gözünün önünde özünü pencerden atmaz, mümkün deyil. Ekspertiza teyin edilsin, bedenindeki lekelerin zamanı müyyenleşsin. Intihar olması mümkün deyil.

    Cavab yaz
  • Anonim
    azerbaycanli qadin · 29 İyun 15:2780

    texminlerim meni hech vaxt yaniltmir - er gerek ƏR ola! Kishilikden bixeberlik erlik deyil. insanla heyvani munasibet saxlamazlar!

    Cavab yaz
  • Anonim
    Terter · 29 İyun 16:1940

    Erinin Allah belasini versin.neyleyibse,o edib.Hekimlerin daşi hemise agir olub

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics