Ölkə

Qazini qucaqlayaraq gündəm olan polisin kimliyi bilindi

2 İyun 2022 17:09
3 Şərh     Baxış: 4 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına əllilik təyinatı ilə bağlı etirazlardan sonra nazirliyin qapısını sındıraraq içəri girən qazini qucaqlayan polisin kimliyi bəlli olub.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, davranışına görə bir çoxları tərəfindən alqışlanan polis əməkdaşı əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu Post Patrul Xidməti bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.

Qeyd edək ki, bir neçə qazi əlilliyin təyinatı ilə bağlı ƏƏSMN qarşısında narazılıq edib. Nazirliyinin inzibati binasının qarşısında etiraz edən qazilər nazirliyin binasında şüşə qapını sındıraraq içəri daxil olublar.

Qazilər içəri daxil olduqdan sonra polis əməkdaşının qazini qucaqlamasını əks etdirən görüntülər sosial şəbəkələrə maraqla qarşılanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.