Ölkə

İraqda cəzaçəkmə müəssisəsində saxlanılan 2 uşaq Azərbaycana gətirilib

25 May 2022 12:07
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 25-də İraq Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş 2 uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkyə repatriasiyası həyata keçirilib.

Xarici işlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş əlaqələndirilmiş və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə onların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi tərəfindən onların Azərbaycan Respublikasına repatriasiyası təşkil edilib, o cümlədən uşaqlar Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin ediliblər. Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğu tərəfindən sözügedən şəxslərin hava limanında sürətli keçidi təmin olunub.

Azərbaycan Respublikasına gəldikdən sonra repatriantlar zəruri tibbi yoxlamadan keçirilib, reinteqrasiyası və reabilitasiyası üçün müvafiq müəssisədə yerləşdiriliblər. Müvafiq prosedurlar tamamlandıqdan sonra onların yaxınlarına təhvil verilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Belə ki, bu günə qədər 288 uşaq və 2 qadın olmaqla, İraqdan ölkəmizə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının sayı ümumilikdə 290 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.