Ölkə

Xızıda orta əsrlərə aid olan qala qalıqları tapılıb - FOTO

16 May 2022 09:54
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xızının dağlıq Dizəvər kəndi yaxınlığında dağın başında orta əsrlərə aid olan qala qalıqları tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qədim abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin mütəxəssisləri və "Artefakt ovçuları" vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb.

Tarixi məkanın 3 tərəfi müdafiə məqsədilə qurulan qala divarları ilə əhatə olunub.

Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi kimi xidmət edən mağaralardan ibarətdir. Tapıntı yerində müxtəlif rəngli saxsı nümunələrə də rast gəlinib. Abidənin dövlət qeydiyyatına alınması və mühafizəsinin təşkili üçün işlərə start verilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna yeni tapıntı ilə bağlı müraciət edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.