Ölkə

Azərbaycanda müəllim qızlara qiymət yazmaq üçün soyunmağı təklif edib? - DİN-dən AÇIQLAMA

3 May 2022 12:08
10 Şərh     Baxış: 5 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev Milli.Az-a bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: "Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq".

Xatırladaq ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.