Ölkə

Xocəsəndəki yerüstü metro stansiyası ilə bağlı YENİ XƏBƏR

21 Aprel 2022 15:43
1 Şərh     Baxış: 4 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Metropoliteninin Bənövşəyi xətt üzərində inşa edilən "Xocəsən" deposunun sərnişin stansiyası üzərində çətirin qurulmasına başlanıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda depoda kompleks tikinti-quraşdırma işləri davam etdirilir.

"Stansiya çətiri quraşdırılandan sonra platformada dəmir yolu infrastrukturu başlanacaq. Stansiyada hazırda yardımçı və texniki otaqlarda infrastruktur işləri davam etdirilir.

Bununla yanaşı, depo ərazisində də quraşdırma işləri aparılır", - B. Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, tikinti quraşdırma işləri hazırki səviyyədə davam edərsə, Xocahəsən deposu və yerüstü metro stansiyası bu ilin axırına istifadəyə verilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.