Ölkə

Bu gün keçirilən imtahanlar başa çatıb

10 Aprel 2022 14:48
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün keçirilən inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı və Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar Bakı şəhərində 12 binada təşkil olunub.

İmtahanların idarə olunmasına 12 ümumi imtahan rəhbəri, 34 imtahan rəhbəri, 269 nəzarətçi‑müəllim, 24 buraxılış rejimi əməkdaşı, 12 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, dövlət qulluğuna qəbul imtahanında bir iştirakçıda mobil telefon aşkar edilib və imtahandan xaric olunub.

Aprelin 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.