Ölkə

Bakı, Sumqayıt və Abşeron üzrə aprel pensiyaları ödənildi

8 Aprel 2022 12:02
0 Şərh     Baxış: 1 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın ikinci rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat) da aprel ayının pensiyasının üzərinə əlavə olunub.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.