Ölkə

Bakıda vəkilin avtomobilinə hücum edildi, sənədləri oğurlandı - VİDEO

18 Mart 2022 19:48
0 Şərh     Baxış: 1 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nizami Əliyevin avtomobilinə hücum edilib.

Hadisə ilə bağlı e-huquq.az-a açıqlama verən N.Əliyev bildirib ki, avtomobilinin şüşəsini sındırıb, sənədləri götürüblər:

"Hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində baş verib. Mənə məxsus "Mercedes-Benz" markalı avtomobilə hücum edib, vəkil mantiyamı oğurlayıblar. Avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı polisə və Vəkillər Kollegiyasına məlumat vermişəm".

Vəkil qeyd edib ki, həmin ərazidə olan qonşusuna məxsus avtomobilin də şüşəsini sındırıb, oğurluq ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.