Ölkə

Xarici jurnalistlər Ağdama gedib - FOTO

13 Mart 2022 17:56
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarici jurnalistlərin Ağdam şəhərinə səfəri başlayıb. Səfər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xətti ilə baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ağdam şəhərinə gələn nümayəndə heyəti ilk olaraq Pənahəli Xanın "İmarət" kompleksinə baş çəkib. Jurnalistlər ermənilərin tarixi abidələri məhv etdyini əks etdirən foto və video görüntülər çəkib. Ağdama səfər zamanı əcnəbi jurnalistlərin Pənahəli Xanın "İmarət" kompleksindən sonra, Ağdam Çörək muzeyinə, Ağdam Cümə Məscidinə, Ağdam Dram Teatrının qalıqlarına baş çəkdikdən sonra Ağdam aparılan bərpa və yenidən qurma işləri ilə tanış olacaqlar.

Xarici KİV nümayəndələrin Ağdam şəhərinə gəlmədən öncə Füzuli və Şuşada olub. Nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanı Krallığı İbrahim Tariq Alquays "Ər-Riyad" , Bəhreyn Mansoor Shaker Mansoor Mohammed Ahmed Alsetri "Əl-Əyyam" , Bəhreyn Unnikrishnan Puravangara "The Daily Tribune" News of Bahrain, Misir Ashraf Abdulmonim Ahmed Aboarafe "Əl-Diploması", İraq Matz Muhy Abdulhamid Obada "Dostluq" qəzeti, Mavritaniya Cheikh Saleh "Mavritaniya İnformasiya Agentliyi", Mərakeş Krallığı Khalid El Harrak "Məğrib Ərəb İnformasiya Agentliyi". Əlavə olaraq 2 nəfər isə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasından iştirak edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.