Dünya

ABŞ İran neftini daşıyan “kölgə donanma”ya sanksiyalar tətbiq edib

24 Yanvar 2026 16:47
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hökuməti İran neftinin ixracına dəstək verdiyi iddia edilən "kölgə donanma"ya qarşı yeni sanksiyalar tətbiq edib.

Milli.Az-ın xəbərinə görə, bu barədə məlumat "Reuters" agentliyi vasitəsilə yayımlanıb.

Bildirilir ki, sanksiyalar, Vaşinqtonun İran hakimiyyətinin ölkədə baş verən etirazlara qarşı basqılarını artırması fonunda atdığı addımlardan biridir.

ABŞ Maliyyə Nazirliyi tərəfindən açıqlanan sanksiyalar doqquz gəmi, onların sahibləri və idarəetmə şirkətlərini əhatə edir. ABŞ rəsmiləri qeyd edir ki, bu gəmilər birgə şəkildə yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarını beynəlxalq bazarlara daşıyıblar.

Nazirliyin iddiasına görə, bu daşımadan əldə olunan gəlirlər regional terror qrupları, silah proqramları və təhlükəsizlik xidmətlərinin maliyyələşdirilməsi üçün istifadə edilib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.