Türkay Rəsul bioenerjinin gücünü açıqladı: "Etik prinsiplərə riayət olunur”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bioenerji ilə müalicə insanın daxili enerji balansını qorumağa, psixoloji rahatlığını artırmağa və bədənin özünü bərpa potensialını dəstəkləməyə yönəlmiş tamamlayıcı yanaşma kimi təqdim olunur".
Bu barədə bioenerji üzrə mütəxəssis Türkay Rəsul insan orqanizminin enerji balansının bərpasına yönələn müalicə üsulları barədə Milli.Az-a danışarkən deyib.
O, bioenerjinin fiziki, psixoloji və emosional harmoniyanı dəstəklədiyini vurğulayıb.
Türkay Rəsulun sözlərinə görə, bioenerji müalicəsi zamanı məqsəd xəstəlikləri birbaşa müalicə etmək deyil, insan bədəninin daxili potensialını aktivləşdirməkdir:
"Enerji tıxanıqlıqlarının aradan qaldırılması nəticəsində orqanizmin özünü bərpa mexanizmləri daha effektiv işləyir. Mən bioenerji seanslarında insanın enerji sahəsi, aurası ilə işləyirəm. Stress, gərginlik və uzunmüddətli psixoloji yükün yaratdığı mənfi təsirlər neytrallaşdırılır. Bu proses bir çox hallarda rahatlama, daxili sakitlik və ümumi enerji səviyyəsinin yüksəlməsi ilə müşahidə olunur".
Türkay Rəsul xüsusi olaraq vurğulayıb ki, bioenerji müalicəsi klassik tibbin əvəzi deyil, onu tamamlayan bir yanaşmadır.
"Bu üsullar həkim nəzarətində aparılan müalicələri əvəz etmir, lakin paralel tətbiq edildikdə insanın ümumi vəziyyətinin yaxşılaşmasına və həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir. Bioenerji ilə işləmək texniki bacarıqla yanaşı etik məsuliyyət də tələb edir. Hər bir müraciət edən şəxsin fərdi vəziyyətini nəzərə alıram, real gözləntilər formalaşdırıram və insan sağlamlığına həssas yanaşıram. Əsas prinsiplərim şəffaflıq, dürüstlük və etik çərçivəyə sadiqlikdir", - deyə o qeyd edib.
Mütəxəssis əlavə edib ki, bioenerji ilə müalicə insanın daxili enerji balansını qorumağa, psixoloji rahatlığını artırmağa və bədənin özünü bərpa potensialını dəstəkləməyə yönəlmiş tamamlayıcı yanaşma kimi təqdim olunur. Metod sağlam həyat tərzi, tibbi nəzarət və şəxsi məsuliyyətlə birləşdirildikdə daha səmərəli nəticələr verir.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü





