UEFA Çempionlar Liqasındakı çıxışı ilə diqqət mərkəzinə düşən Elvin Cəfərquliyevin karyerasında dönüş yaşana bilər.
Milli.Az xəbər verir ki, Almaniya Bundesliqasının aparıcı klublarından "Bayer" Leverkuzen müdafiəçini yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Klub rəhbərliyi, yayda "Barselona"ya gedəcəyi gözlənilən Alixandro Qrimaldonun yerini doldurmaq üçün Elvin Cəfərquliyevə üstünlük verir. "Bayer"in futbolçunun transferinə 10-15 milyon avro ayırmağa hazır olduğu bildirilir. Hazırda "Qarabağ"ın futbolçusu olan Elvinin müqaviləsi 2026-cı il iyun ayına qədərdir.
Asya
Milli.Az





