Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i qadın, 2-i kişi olmaqla xəsarət alan 3 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Milli.Az-a Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Hazırda onların müalicələri davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.
-----------
Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Nəqliyyat vasitələrinin toqquşması nəticəsində qəza edən ailənin bir üzvü - Ələkbərov Murad Sabir oğlu hadisə yerində həyatını itirib.
Qəza zamanı həmin ailənin daha üç üzvü - Ələkbərov Sabir Cabbar oğlu, Ələkbərova Nuranə Sübhan qızı və Ələkbərov Samir Sabir oğlu xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





