Cəmiyyət

Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış - FOTO

24 Yanvar 2026 15:54
Baxış: 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəm qazından həyatını itirən Fəzail Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az xəbər verir ki, Bizim.Media-nın məlumatına görə, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.

1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulukənd kənd qəbiristanlığında dəfn edilib.

Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bildirilib ki, mərhum "Şahdağ" Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.