Ölkə

Altı günlük məktəblərdə martın 7-si iş günüdür

4 Mart 2022 13:10
0 Şərh     Baxış: 3 195
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir.

Bununla bağlı Təhsil Nazirliyi altı günlük məktəblərin iş qrafiki məsələsinə aydınlıq gətirib.

Milli.Az bildirir ki, nazirlikdən APA-ya verilən məlumata görə, altı günlük iş həftəsi olan təhsil müəssisələrində 5 mart iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi - martın 7-si iş günü hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.