Ölkə

“O yolu istifadəyə verəcəyik ki, əhali sülhməramlıların baxışı olmadan getsin”

22 Fevral 2022 13:55
0 Şərh     Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tarixən Ermənistandan Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib. Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yol istifadəyə verilib. Həmin yol Laçın dəhlizi deyil, Azərbaycanın tarixi yoludur".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov peşə bayramı münasibətilə tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin birbaşa hərəkətini təmin etmək üçün Laçın şəhərindən yan keçən avtomobil yolu çəkilir:

"Hazırda ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan həm ermənilər, həm də bizim öz sakinlərimiz istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Tezliklə o yolu istifadəyə verəcəyik ki, əhali öz ərazilərimizə sülhməramlıların baxışı olmadan getsin. 

Sözügedən alternativ 28 km olan yolun artıq 17 km-i çəkilib, Həkəri çayı üzərində bir körpü də tikilib. Bu ilin yay aylarında qədər istifadəyə veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.