Ölkə

Tural Rasulov yaşadığı evin yaxınlığında saxlanıldı - FOTO

17 Fevral 2022 14:00
0 Şərh     Baxış: 1 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşların keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Tural Rasulov yaşadığı evin yaxınlığında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əynində olan gödəkçənin cibindən bir ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində isə T.Rasulovun kənd ərazisində yetişən böyürtkən kollarının arasında gizlətdiyi təmiz çəkisi 3 kiloqram 50 qram olan marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğunu və qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.