Ölkə

Toyda iştirak edən koronavirus xəstəsi saxlanılıb - FOTO

12 Fevral 2022 11:04
0 Şərh     Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toy mərasimində iştirak edən koronavirus xəstəsi müəyyən olunub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan xəbər verilib.

Bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan Rəvan Musazadənin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi və "Sakit palace" şadlıq sarayında keçirilən toy mərasimində iştirak etməsi aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslə profilaktiki söhbət aparılaraq yaşadığı evə göndərilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.