Ölkə

Azərbaycanda direktor dərsi kəsib müəllimi TƏHQİR ETDİ: "Ay eşşək..." - VİDEO

6 Fevral 2022 10:30
7 Şərh     Baxış: 4 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöl rayonunda məktəb direkorunun müəllimi təhqir etdiyi əks olunan video yayılıb. 

Milli.Az Publika.az-a istinadən bildirir ki, video Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbdə çəkilib. 

İddia olunur ki, məktəbin direktoru Vəfa Əmiraslanova Ramiz adlı müəllimi təhqir edir.

Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb. 

Bu barədə Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib.

"Günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarələr 5-günlükdür. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq. Fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.