Yeni qərar ölkədə vəziyyəti acınacaqlı həddə çatdıra bilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Karantin müddətinin 14 gündən az olması dünyanın müxtəlif ölkələrində bir neçə aydır ki, tətbiq olunur. Hətta qardaş ölkə Türkiyədə belə 2020-ci ilin sentyabrından 10 günlük karantin rejimi tətbiq olunmağa başlamışdı. Bu, heç də Türkiyədə yoluxma sayının artmasına səbəb olmadı".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
Mütəxəssis bildirib ki, karantin müddətinin 14 gündən 7 günə endirilməsi yoluxanların artmasına heç bir təsir etməyəcək:
"Dünya ölkələrinin təcrübəsinə baxsaq, artıq uzun zamandır ki, karantin müddətinin 14 gün olması bir çox ölkələrdə öz əhəmiyyətini itirib. Ümumilikdə götürdükdə isə 7 gündən sonra yoluxduruculuq qabiliyyəti çox aşağı hədlərə enir, çox az insanlarda yoluxduruculuq 7 gündən artıq davam edir. Ədəbiyyatlarda hətta nadir də olsa daha uzun müddətli - 14, 21 gün yoluxdurma qabiliyyəti olan insanlar qeyd olunub. Bu o demək deyil ki, belə bir hallar varsa, karantin müddəti buna uyğun olaraq uzadılmalıdır.
Karantin müddətinin seçilməsində əhəmiyyət verilən nüanslardan biri də odur ki, bu insanlar işçi qüvvəsidir, bu insanların təhsilləri var. Onları minimal müddətdə yenidən öz təhsillərinə, öz işlərinə geri qaytarmaq lazımdır. Dünya artıq 2 ildən çoxdur ki, pandemiya ilə mübarizə aparır. Yəni bu şəkildə davam etsək, karantin müddətini uzunmüddətli tutsaq, iqtisadiyyata, təhsilə böyük ziyan vurmuş ola bilərik. Ona görə də karantin müddətinin 7 günə endirilməsi zamanında, doğru verilmiş qərardır. Bunun yoluxmaların artmasına hər hansı bir təsiri, əlaqəsi yoxdur.
Amma biz bunu da bilirik ki, Omicron ştammı digər ştammlardan daha yoluxdurucudur. Yəni qarşıdakı günlərdə yoluxma sayında artım müşahidə etsək, bu, heç də karantinin 7 günə endirilməsi ilə yox, virusun özünün yoluxduruculuğu ilə bağlıdır. Və nəzərə alsaq ki, virusun bu ştammı ilə daha çox insanın yoluxması gözlənilir, qoyulan 14 günlük karantin rejimi iş və təhsilə ciddi ziyan vura bilər. Karantin müddətinin qısaldılması yerində verilmiş bir qərardır".
Qeyd edək ki, Nazirlər Kabinetinin karantin rejimi ilə bağlı qərarına əsasən laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb. Qərar dünəndən etibarən qüvvəyə minib.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





