Ölkə

Azərbaycanda qadın ərini balta ilə qətlə yetirdi - YENİLƏNİB - TƏFƏRRÜAT

4 Yanvar 2022 13:48
3 Şərh     Baxış: 87 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:48

Ağstafa rayonunda qadının həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub.

Milli.Az bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi qətlə yetirdiyini etiraf edib.

O, hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib.

A.Abdullayeva ötən gün səhər saatlarında E.Abdullayev yatan zaman balta ilə boynundan vuraraq onu öldürdüyünü etiraf edib.

O, əvvəlcə törətdiyi əməli gizli saxlamağa çalışsa da, yaxınları sonradan məsələdən xəbərdar olub.

Qeyd edək ki, onların 2 övladı var.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

---------

12:43

Ağstafa kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

Milli.Az bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. İlkin məlum ata görə, hadisənin onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.