Ölkə

Tərtərdə pirotexniki məmulatlar satan şəxs aşkarlanıb

31 Dekabr 2021 10:15
0 Şərh     Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Ş.Məmmədlinin yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Ş.Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.