Ölkə

Dayısını güllələdi

27 Dekabr 2021 19:48
0 Şərh     Baxış: 2 049
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmir sakini dayısını güllələyib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən F.Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan "MR-43" markalı ov tüfəngi götürülüb.

F.Cəbraylov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.