Ölkə

Bakıda qanunsuz ət kəsimi məntəqələri sökülüb

27 Dekabr 2021 17:42
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müfəttişlərinin Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı 6 ərazidə qanunsuz heyvan kəsimi aşkar edilib.

Bu barədə Milli.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentliyin müfəttişlərinin Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, Nərimanov rayonu, A. Məmmədov küçəsi ilə Ş. Mustafayev küçəsinin kəsişməsində fiziki şəxslər Şükürzadə Zəfər Rəşid oğluna və Mirzəyev Vahim Mirzəmməd oğluna, Ü. Bünyadzadə küçəsi ilə R. Axundov küçəsinin kəsişməsində fiziki şəxs Qasımov Rəşad Tofiq oğluna, Əliyar Əliyev küçəsi 11a ünvanında fiziki şəxs Həsənov Allahverdi Əhməd oğluna, Ş. Mustafayev küçəsi ilə Çernyayevski küçəsinin kəsişməsində fiziki şəxs Əhmədov Vüqar Rəfail oğluna, V. Maykovski küçəsi ilə Z. Xəlilov küçəsinin kəsişməsində fiziki şəxs Əliyev Vüsal Natiq oğluna, M. Arif küçəsində Təhməzov Afəs Eybulla oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib.

Qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.