Ölkə

Daha bir məktəbdə rüşvət QALMAQALI - VİDEO

24 Dekabr 2021 15:36
0 Şərh     Baxış: 1 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha bir məktəbdə direktorun pul yığması ilə bağlı iddialar ortaya çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 saylı məktəbin direktoru İradə Məmmədova valideyn komitəsi vasitəsilə mütəmadi olaraq şagirdlərdən pul yığmaqla məşğuldur.

Şikayətçi valideynin sözlərinə görə, direktor İradə Məmmədova nə vaxt oturacaq sınsa, nə isə əyrilik olsa, onun pulunu valideynlərdən çıxarır.

Sumqayıt şəhər Təhsil Şöbəsindən isə yayılan görüntülərlə bağlı araşdırma aparıldığı qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.