Ölkə

Bakıda yaşlı qadın baxıcı tərəfindən döyülüb - ANBAAN VİDEO

17 Dekabr 2021 10:36
1 Şərh     Baxış: 2 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda xəstə yaşlı qadına qarşı fiziki zorakılıq edilib.

Milli.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü qeydə alınıb.

Müşahidə kameralarına düşən bu kadrlar paytaxtın Pirallahı rayonu, Süleyman Bağırov küçəsində baş verib.

Qızı anası 75 yaşlı Zemfira Musayeva ilə bir yaşamadığından ona kömək məqsədi ilə dərmanlarının və yeməyinin vaxtında verilməsi üçün baxıcı tutub. Bu ilin sentyabrın 13-dən 63 yaşlı baxıcı onların evinə gəlib və Zemfira Musayevaya xidmət göstərib. Ta ki, qadının bədənindən xəsarət izləri aşkar edilən günə qədər. Zemfira Musayevanın qızı iddia edir ki, baxıcı onlara gəldikdən təxminən 1-2 ay sonra anasının bədənində xəsarətlər aşkar edib.

Xəstəlik səbəbindən qadın danışa bilmədiyi üçün onun özünə xəsarət yetirməsi Zemfira Musayevanın qızında şübhə yaradıb. O, anasının yaşadığı evə müşahidə kamerası quraşdırıb. Zemfira Musayevanın qızı kamera qoyudluqdan sonra baxıcı Sona Axundovanın anasına necə qulluq etməsinin şahidi olub.

Qadının ''Xəzər Xəbər''ə müraciətindən sonra biz də həmin ünvana yollandıq. Yaşlı qadının həqiqətən ağır xəstə və nitqində qüsur olduğunun şahidi olduq.

Hadisə ilə bağlı Zemfira Musayevaya baxan Sona Axundova ilə də əlaqə saxladıq. Qadın səs yazısının efirə yayımlanmasını istəmədi. Amma hadisə ilə bağlı ətraflı məlumat verdi. Sona Axundova hadisənin səhər saat 7-də baş verdiyini və yuxulu olarkən törətdiyini etiraf edib. O, bu hadisəni törədərkən fikrinin öz evində xəstə olan uşağında qaldığını, bir qədər də əsəbi olması səbəbindən anidən baş verdiyini deyib. Sona Axundova yaşlı qadına doğma anası kimi baxdığını və bu hadisəyə görə peşman olduğunu da bildirib.

Zemfira Musayevanın qızı hadisə ilə bağlı ''102-i xidməti'' nə məlumat verib. Polis hər iki tərəfin izahatını alıb. Hazırda iş Pirallahı Rayon Prokurorluğunda araşdırılır. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.