Ölkə

Qonşusunu güllələdi

15 Dekabr 2021 20:12
0 Şərh     Baxış: 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabad sakini qonşusunu güllələyib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə dekabrın 14-də Günəşli kəndində yaşayan C.Allahverənovun evinin həyətində ov tüfəngini təmizləyərkən ehtiyatsız davrandığından açılmış atəş nəticəsində qonşusu F.Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisə yerindən 1 ədəd qanunsuz saxlanılan "İJ-58" markalı ov tüfəngi götürülüb.

F.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.