Tesla şirkətinin qurucusu İlon Mask texnologiya dünyasını silkələyəcək yeni bir ixtira ilə gündəmdədir.
Milli.Az xəbər verir ki, Mask avtomobil sənayesində inqilaba səbəb ola biləcək su ilə çalışan motoru təqdim etdiyini açıqlayıb.
"Mən yenicə su mühərrikini buraxdım, bütün avtomobil sənayesini məhv edəcəyəm" .
Mask bu sürpriz açıqlamanı X- sosial platformasında edib.
O, Tesla-nın diqqətini akkumulyatordan hidrogen enerjisinə çevirdiyini paylaşıb. Bu dəyişiklik Teslanın 4,680 batareya hüceyrəsi ilə bağlı problemlərlə üzləşməsindən sonra baş verib və bu onları enerji strategiyasını yenidən düşünməyə vadar edib.
Mask, "Biz bu texnologiya ilə yalnız avtomobil sektorunu deyil, enerji sənayesini də dəyişdirəcəyik" deyə əlavə edib.
Bununla Tesla Maskın texnoloji tərəqqi və ətraf mühitə qayğı ilə bağlı öhdəliyinə sadiq qalaraq daha davamlı gələcəyə aparmağa ümid edir.
Fidan
Milli.Az