Mühərrik yağını yoxlamağın SADƏ ÜSULLARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil üçün keyfiyyətli mühərrik yağının vacibliyini xatırlatmağa ehtiyac yoxdur. Hər bir sürücü adətən hansı məhsulun öz maşınına uyğun olduğunu bilir. Ancaq bazarlarda saxta yağlar da mövcuddur və onları orijinaldan ayırmaq hətta peşəkarlar üçün çətindir. Bəs yağın keyfiyyətinə şübhə yaranarsa onda nə edilməlidir?
Milli.Az oxu.az-a istinadən xəbər verir ki,rusiyalı avtomobil mütəxəssisi Vladimir Kotlyarov bununla bağlı bəzi tövsiyələrini açıqlayıb.
O, yağı mühərrikə tökməzdən əvvəl yoxlamağı məsləhət görüb. Mütəxəssisin sözlərinə görə, mürəkkəb avadanlıq olmadan mühərrik yağının keyfiyyətini dərhal müəyyənləşdirməyə kömək edəcək bir neçə sadə üsul var.
Onlardan bəzilərini açıqlayırıq:
Vizual qiymətləndirmə
"Ən əsas metod vizual qiymətləndirmədir. Keyfiyyətli yağ açıq, şəffaf və homogen olmalı, kənar qarışıqlar, topalar və çöküntü olmamalıdır. Bulanıqlıq və ya hissəciklərin olması narahatlıq üçün səbəbdir", - deyə mütəxəssis bildirib.
Şəffaflıq testi
"Daha bir sınaqdan keçmiş üsullardan biri şəffaflıq testidir. Bunun üçün ağ vərəqə bir damla yağ damızdırıb bir neçə dəqiqə gözləmək lazımdır. Yağ keyfiyyətlidirsə, hissəciksiz şəffaf iz buraxacaq. Bulanıq iz və ya çöküntü qalarsa, bu, çirklənmənin olduğunu göstərir", - deyə ekspert izah edib.
Şprislə test
Kotlyarov yağın keyfiyyətini laboratoriya olmadan müəyyən etmək çətin olduğunu, lakin şprislə test aparmağın mümkün olduğunu deyib.
"Onu yağla doldurun və düz səthə sıxın. Keyfiyyətli yağ bərabər şəkildə və qabarcıqsız axmalıdır. Yağ fasilələrlə və ya qatı damcılarla çıxırsa, bu onun aşağı keyfiyyətli olduğunu göstərə bilər", - deyə o bildirib.
Ekspert əlavə edib ki, internetdə yağın müstəqil yoxlanılması üçün çox məsləhətlər olsa da, onların effektivliyi həmişə təsdiqlənmir:
"İstənilən halda, yanıq qoxusu və ya görünən çöküntüsü olan yağ dəyişdirilməlidir. Artıq mühərrikdə istifadə olunan yağın keyfiyyətinin dəqiq qiymətləndirilməsi üçün ixtisaslaşmış laboratoriyalara müraciət etmək daha yaxşıdır".
Kotlyarov həmçinin xatırladıb ki, evdə aparılan testlərin nəticələri bir çox amillərdən - damlanın hündürlüyü, yağın temperaturu, kağızın qalınlığı və digər nüanslardan asılı ola bilər.
"Mühərrik yağı alarkən qiymət bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı olduqda diqqətli olmaq lazımdır. Qablaşdırmanı öyrənmək vacibdir - məşhur brendlərin saxtakarlığa qarşı qoruyucu elementləri var. Lakin yağı özünüz yoxlamağı qərara alsanız, yadda saxlayın ki, açılmış kanistri qaytarmaq olmaz. Buna görə də alış zamanı diqqətli olmaq yağı evdə test etmək zərurətindən qaçmağa kömək edəcək" - deyə ekspert sözlərini yekuynlaşdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Mercedes" avtomobillərində problemlər aşkarlandı
-
BMW 2028-ci ilədək 8 min iş yerini ixtisar edəcək
-
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
-
BMW 318 mindən çox avtomobili geri çağırır
-
"Nissan" 168 mindən çox avtomobili geri çağırdı - Səbəb
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
XƏBƏR LENTİ
-
Saxta pendir məhz bu üsulla bilinirmiş
-
Soğanı qovurarkən qaşığın ucunda əlavə edin: Ətri şirin, rəngi qızılı olur
-
"Bu, sənətkar adına layiq deyil, biabırçılıqdır"
-
Tbilisi metrosunun fəaliyyəti dayandırılıb
-
Gəncədə ağır qəza - 3 nəfər xəsarət alıb
-
“Türkiye Gazetesi”ndə mənə aid fikirlər təhrif olunub - Hikmət Hacıyev
-
"Sabah"ın "Orhus" ilə matçı gec başlayacaq
-
Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışlarına başlanılıb (Video)
-
"Bakı Metropoliteni": "Həzi Aslanov" stansiyasının dalanı noyabrın əvvəlinə tam hazır olacaq
-
Ceki Çan İçərişəhərdə (Video)
-
Bakıda ticarət mərkəzində faciə: liftin şaxtasına düşüb öldü
-
Bəxtiyar Məmmədov: "Bakı metrosunda qatarların hərəkət intervalı 2 dəqiqəyə endiriləcək"
-
"Paltarımı nə hədiyyə edirəm, nə də satıram" - Aygün Kazımova ilə müsahibə
-
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur” - Milevski
-
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək
-
Mərkəzi Bank “Modenis”in lisenziyasını ləğv etdi
-
Azərbaycan futbolunda iki klubun adı dəyişdirildi
-
İspaniyanın Seuta şəhərində miqrant böhranı: 6000 sənədsiz şəxs var
-
Abbas Arakçı Pakistana səfər edəcək
-
“Nəriman Nərimanov” metrosu ətrafında dəyişiklik - Sərnişinlərə xəbərdarlıq
-
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək
-
"Pilgrim" şirkəti vədini yerinə yetirməyib? - DİN araşdırır
-
"Kapital Bank"ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
-
Şirvan kanalında problem həll edildi - Su təminatı bərpa olunur





