Ermənistan

Köçəryan kapitulyasiya gününü belə qeyd edəcək

2 Noyabr 2021 09:48
1 Şərh     Baxış: 3 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan (Hayastan) Bloku mitinqlə bağlı qərarını dəqiqləşdirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, blok sosial şəbəkə hesabında Azadlıq meydanında 9 noyabrda mitinq keçirəcəyini elan edib.

Bundan öncə Ermənistan Blokunun rəhbəri, keçmiş prezident Robert Köçəryan küçə mübarizəsinə başlayacaqlarını elan etmişdi. Ancaq bu "mübarizəyə" erməni xalqının aktiv dəstək verəcəyinə inanmadığını da dolayısı ilə bildirmişdi. Onun sözlərinə görə, bundan ötrü xalqı mübarizəyə inandırmaq lazımdır.

Qeyd edək ki, 9 (10) noyabrda Ermənistanın kapitulyasiya bəyanatını imzaladığı günün bir ili tamam olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.